Bu gün "Qarabağ"-"Sumqayıt" oyunu ilə Misli Premyer Liqasında XVII tura yekun vurulub.

Offsideplus.az xəbər verir ki, görüş "5-0" Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb. 

Qarşılaşmada hesabı 7-ci dəqiqədə Musa Qurbanlı açıb. Musa 33-cü dəqiqədə "dublu"nu rəsmiləşdirib. Nəriman Axundzadə birinci hissəyə əlavə edilmiş vaxtda fərqi 3 topa yüksəldib. Redon Cica 75-də komandasının dördüncü qolunu vurub. Oyunda son nöqtəni əsas vaxta əlavə edilmiş 2-ci dəqiqədə Toral Bayramov qoyub. "Köhlən atlar" "kimyaçılar"ı 5 cavabsız qolla məyus edib.