AZ

Bakı-Sumqayıt yolunda tıxacın HƏLL YOLU necə ola bilər?

Bakı-Sumqayıt yolu illərdir ki, tıxaclarla üzləşir. Bu yol, Azərbaycanın ən böyük dörd şəhərindən üçünü – Bakı, Xırdalan və Sumqayıtı birləşdirir. Eyni zamanda, şimal rayonlarının paytaxta gəlişi də məhz bu yoldan həyata keçir.

Yolun həm gediş, həm də gəliş istiqamətində bir neçə dəfə genişləndirmə işləri aparılsa da, tıxac problemi hələ də həll olunmayıb.

Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov İNFOAZ.WS-ə açıqlamasında bildirib ki, problemin həllindən çıxış yolu alternativ yolların salınmasıdır.

Utilizasiya dedikdə nə başa düşülür?-Aslan Əsədov- ÖZƏL

Onun sözlərinə görə, yeni layihələrin tətbiq edilməsi zəruridir.

“Məsələn, onlardan biri kimi Biləcəri, Masazır qəsəbəsi və yaxın ərazilərin Nəsimi metrostansiyasına birbaşa çıxışının təmin edilməsidir. Layihə 3 mərhələli olaraq Bakı, Binəqədi və Abşeron rayonları ərazisini əhatə edir. Yeni yolun Bakı-Sumqayıt şəhəri istiqamətində 4-cü mikrorayon dairəsi, Zərifə Əliyeva adına göz klinikasının yaxınlığı, ətraf küçələrdən keçməsi planlaşdırılır”.

Fatimə Məmmədova

Seçilən
22
infoaz.ws

1Mənbələr