AZ

Astarada 39 yaşlı kişi intihar etdi

Astara rayonunda evdən kişi meyiti tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonunun Şahağacı kəndində baş verib.

Belə ki, kənd sakini 1985-ci il təvəllüdlü Elvin Qulamhüseyn oğlu Həsənovun meyiti əmisi oğluna məxsus yaşayış olmayan evdə aşkarlanıb. E.Həsənov özünü asaraq intihar etdiyi bildirilir.

Bir övladı olan Elvin ailəsindən ayrıldığından qardaşının himayəsində qalırmış.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov


Seçilən
13
9
qafqazinfo.az

10Mənbələr