AZ

Tovuzda sakinlər məktəbin qəzalı vəziyyətindən narahatdırlar

Tovuzun Qədirli kənd tam orta məktəbinin binası qəzalı vəziyyətdədir.

seher.media Xezerxeber.az-a istinadən məlumat verir ki, məktəbin pəncərələri sınıb, tavanı və divarlarında çatlar var. Döşəmələri isə oyuq-oyuqdur.

Sakinlər deyirlər ki, bina ötən əsrin 90-cı illərində tikilib istifadəyə verilib. Valideynlər məktəbdəki tədrisdən razı olsalar da, övladlarının şəraitsiz siniflərdə təhsil almaları ilə razılaşa bilmirlər.

Məktəb rayonun böyüktutumlu təhsil ocaqlarından biridir. 780 şagirdlik yeri olsa da, burada 400-dən çox şagird təhsil alır. Havalar soyuyanda məktəbdə vəziyyət şagirdlər üçün daha da çətinləşir.

Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, Cavanşir Sadıqov adına Qədirli kənd tam orta məktəbinin mövcud vəziyyəti ilə bağlı məlumatlıdırlar.

Ətraflı süjetdə:

Tovuzda sakinlər məktəbin qəzalı vəziyyətindən narahatdırlar
Seçilən
32
5
seher.media

6Mənbələr