İtaliya A Seriyasında 16-cı tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə 1 görüş baş tutub.
“Latsio” öz meydanında “İnter” qarşısında aciz qalıb. Qonaqlar Roma təmsilçisinin qapısından 6 cavabsız top keçiriblər.
Xatırladaq ki, "İnter"in baş məşqçisi qismində darmadağına şahidlik edən Simone İnzagi daha öncə həm "Latsio"nun futbolçusu, həm də çalışdırıcısı olub.
Hazırda 37 xalı olan “Atalanta" A Seriyasının turnir cədvəlinin lideridir. “Napoli” 35 xalla 2-ci, “İnter” 34 xalla 3-cü yerdədir. “Fiorentina” və “Latsio” 31, “Yuventus” 28, “Bolonya” 25, “Milan” 23, “Udineze” isə 20 xal toplayıb.
İtaliya A Seriyası
16-cı tur
13 dekabr
Empoli – Torino 0:1
Qol: Çe Adams, 70.
14 dekabr
Kalyari – Atalanta 0:1
Qol: Zaniolo, 66.
Udineze – Napoli 1:3
Qollar: Toven, 22 – Lukaku, 50. Cannetti, 76-öz qapısına. Anqissa, 81.
Yuventus – Venesiya 2:2
Qollar: Qatti, 19. Vlahoviç, 90+5-pen – Ellertsson, 61. İdzes, 83.
15 dekabr
Leççe – Montsa 2:1
Qollar: Morente, 3. Krstoviç, 44 – Dorqu, 37-öz qapısına.
Bolonya – Fiorentina 1:0
Qol: Odqard, 59.
Parma – Verona 2:3
Qollar: Som, 19; 90 – Koppola, 5. Sarr, 57. Moskera, 75.
Komo – Roma 2:0
Qollar: Qabrielloni, 90+3. Pas, 90+7.
Milan – Cenoa 0:0
16 dekabr
Latsio – İnter 0:6
Qollar: Çalhanoğlu, 41. Dimarko, 45. Barella, 51. Dumfris, 53. K.Auqusto, 77. Türam, 90.