ABŞ prezidenti Co Bayden Konqresə Viskonsin ştatında xristian məktəbində baş verən atışmadan sonra silah təhlükəsizliyi qanunlarını mümkün qədər tez qəbul etməyi tapşırıb.
APA xəbər verir ki, bu barədə dekabrın 16-da Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Konqres ağıllı silah təhlükəsizliyi qanunlarını qəbul etməlidir ki, bura da alıcı haqqında məlumatların hərtərəfli yoxlanışı, iri tutumlu güllə darağına malik odlu silahların qadağan edilməsi daxildir", - deyə məlumatda deyilir.