AZ

Bayden Konqresi silah təhlükəsizliyi qanunlarını qəbul etməyə çağırıb

ABŞ prezidenti Co Bayden Konqresə Viskonsin ştatında xristian məktəbində baş verən atışmadan sonra silah təhlükəsizliyi qanunlarını mümkün qədər tez qəbul etməyi tapşırıb.

APA xəbər verir ki, bu barədə dekabrın 16-da Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Konqres ağıllı silah təhlükəsizliyi qanunlarını qəbul etməlidir ki, bura da alıcı haqqında məlumatların hərtərəfli yoxlanışı, iri tutumlu güllə darağına malik odlu silahların qadağan edilməsi daxildir", - deyə məlumatda deyilir.

Seçilən
43
apa.az

1Mənbələr