AZ

Liviyada fövqəladə vəziyyət elan edilib

Liviyanın Milli Birlik Hökuməti güclü yağış ehtimalına görə ölkənin qərb, şimal və cənubunda fövqəladə vəziyyət elan edib.

APA xəbər verir ki, Liviya Milli Birlik Hökumətindən verilən açıqlamada, Milli Meteorologiya Agentliyinin hava proqnozu hesabatlarında dekabrın 16 və 17-də ölkənin qərb, şimal və cənubunda mülayim və leysan xarakterli yağış yağacağı bildirilib.

Açıqlamada qeyd olunub ki, əlverişsiz hava şəraiti ilə əlaqədar bu rayonlarda fövqəladə vəziyyət elan edilib.

Ölkənin Tunislə sərhədindəki Ras Cedir bölgəsindən Misrata şəhərinə, Sebha və Ubari şəhərlərində və Cuffara düzənliyində uzanan sahil bölgəsində daşqın və sellərin ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib.

Liviyalılara çökək olan ərazilərdən uzaq durmaq, nəqliyyatda sürət həddini aşmamaq, uçuşlarla bağlı elanlara əməl etmək tövsiyə edilib.

Seçilən
27
16
apa.az

10Mənbələr