AZ

Proqnoz: Kollecə üz tutan oğlanların sayı artacaq

Orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara möhlət veriləcək yaş həddi dəyişib.Qanuna əsasən, orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 22 yaşınadək bir dəfə möhlət verilir. Layihəyə əsasən, bu yaş həddi 21-ə endirilir. Başqa sözlə, orta ixtisas təhsili müəssisələrində təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 21 yaşınadək bir dəfə möhlət veriləcək.Bəs, görəsən, bu qərarın kollecdə təhsil alan tələbələr üçün hansı müsbət və mənfi tərəfləri olacaq?TehsilForumu.Az bildirir ki, mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) AzEdu.az-a açıqlamasında bildirib ki, bu qərarla kollecdə təhsil alan oğlanların sayında artım olacaq:Qərarın qəbulundan sonra orta ixtisas təhsil müəssisələrində təhsil alan şəxslər müvafiq olaraq möhlət hüququ əldə edəcəklər. Əvvəllər kollecə qəbul olan şəxslər həqiqi hərbi xidmətə yollanırdılarsa, artıq onlar 21 yaşınadək kolleci bitirib, hərbi xidmətə gedə bilərlər. Əgər 21 yaşa qədər onlar kollec təhsili almayıblarsa, o zaman əsgərliyə gedəcəklər.Abituriyentlər 17, əsasən də 18 yaşları tamam olduqda ali təhsil, yaxud orta ixtisas təhsil müəssisələrinə qəbul olunurlar. İstisna hal kimi qəbul ola bilməyənlərin isə ehtiyatda çox zamanları qalmır, çünki yaş həddi 22-dən 21-ə endirilib.İndiyə qədər 9-cu sinifdən kollecə qəbul olunan oğlanlar 18 yaşları tamam olduqda həqiqi hərbi xidmətə çağırılırdılar. 11-ci sinifdən qəbul olunanlar isə 22 yaşlarınadək möhlət hüququ alırdılar. Ancaq indi möhlət yaş həddi 21-ə endirilsə belə, kollecə üz tutanların sayında artımlar olacaq. Çünki çox zaman oğlanlar 9 illikdən kollecə üz tutmaqdan məhz 18 yaşları tamam olanda əsgər gedəcəkləri üçün yayınırdılar. İndi isə ən azından onlara 21 yaşınadək imkan yaradılır ki, kollec təhsili alsınlar və həqiqi hərbi xidmətə aparılmasınlar. Məhz bu amil kolleclərdə təhsil alan oğlanların sayında ciddi artıma səbəb olacaq”. 

Seçilən
18
1
tehsilforumu.az

2Mənbələr