AZ

Husilər hipersəs raketi ilə Tel-Əviv yaxınlığındakı hədəfi vurub

Yəmənin husiləri (Ənsar Allah hərəkatı) Təl-Əviv yaxınlığındakı hərbi obyektə hipersəs ballistik raketlə hücum edib.

Bu barədə İran tərəfindən dəstəklənən terrorçuların nümayəndəsi Yəhya Sariya bildirib.

“Yəmən silahlı qüvvələrinin raket qüvvələri “Fələstin-2” hipersəs ballistik raketi ilə işğal olunmuş Yaffa bölgəsində İsrailin düşmən hərbi obyektinə hücum edərək hərbi əməliyyat keçirib.

Bazar ertəsi İsrailin bir neçə mərkəzi bölgəsində hava hücumu sirenləri səslənib. İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, hərbçilər Yəməndən raket buraxılışını qeydə aldıqdan sonra həyəcan təbili çalıb. Daha sonra onlar dəqiqləşdiriblər ki, raket İsrail ərazisinə çatmamış ələ keçirilib.

Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra Ənsar Allah xəbərdarlıq edib ki, İsraili atəşə tutacaq və Fələstin anklavında əməliyyatlar dayandırılana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcək.

Oxuməni.az

Seçilən
32
oxumeni.az

1Mənbələr