AZ

İspaniyadan dünyaya gətirilən məşhur tekstil şirkəti - FOTO

“Mango”nun qurucusu ötən günlərdə dünyasını dəyişib.

 

İstanbulda doğulan, 14 yaşında İspaniyaya mühacirət edən və illərdir Barselonada yaşayan İsak Andiçin vəfatı yaxınlarını kədərləndirib. Qurduğu brendi dünyaya tanıdan Andiç Sefarad yəhudi əsilli ailənin övladı olub. 1984-cü ildə “Mango”nu quran Andiç İspaniyada, xüsusilə Kataloniyada çox əhəmiyyətli bir ad idi. Andiç bir müddət əvvəl Forbesdə açıqladığı sərvəti ilə gündəm olmuşdu. 71 yaşlı Ermayın həyatı milyonların gündəmində olub.

 

Bəs İsak Andiç Ermay kimdir? Niyə öldü?

 

 

Sfera.az bu haqda maraqlı məlumat təqdim edir. 

 

İsak Andiç Ermay 1953-cü ilin oktyabrında İstanbulda anadan olub. İstanbuldan elektrik avadanlıqları idxalçısı Manuel Andiç Ermayın oğlu olaraq dünyaya gələn İsak Andiç Ermay təhsil həyatına Türkiyədə başlayıb.

 

Ermay ibtidai təhsilini Tarhan Kollecində alaraq, sonra Robert Kollecini bitirib. 1968-ci ildə 14 yaşında olarkən atası işsiz olduğu üçün ailəsi ilə birlikdə İspaniyaya köçüb. Ailə yeni həyatlarını Barselonada qurub.

 

İsak Andiç Ermay gənc yaşlarında özündən iki yaş böyük qardaşı Nahmanla birlikdə iş həyatına başlayıb. Geyim və tekstil sahəsinə atdıqları ilk addımda Ermay qardaşları naxışlı köynəklər və takun (dabanı taxtadan, üzərində ayağa keçirilən dəri olan sandal modeli) istehsal edirdilər. İsak Andiç Ermay ali təhsilini yarımçıq qoyaraq 1979-cu ildə Barselona və Madriddə ilk mağazasını açır.

 

“Isak Jeans” markası ilə geyim və tekstil sənayesinə qədəm qoyan qardaşlar, 1984-cü ildə sahibkar Enric Cusi şirkətin səhmlərini aldığı zaman tekstil nəhəngi "Mango"nu qurdular. Ermay qardaşları “Mango” adını hər dildə eyni şəkildə tələffüz edildiyi üçün seçiblər. Onlar yeni başlayanda məqsəd beynəlxalq brend olmaq idi.

 

1992-ci ildə xaricdə ilk mağazasını açan “Mango” 4 il sonra Türkiyəyə girərək İstanbulda da mağaza açıb.

 

 

Dünya brendlərindən birinə çevrilən və 107 ölkədə yeri olan “Mango”nun qurucusu İsak Andiç Ermay 2006-cı ildə İspaniyanın “Banco Sabadell” bankının idarə heyətində üzv olub. 2012-ci ildə o, bankın səhmlərinin 7 %-nə sahib olmaqla ən böyük səhmdar olub.

 

Avropanın ən böyük sərvətlərindən birinin sahibi kimi görünən İsak Andiç Ermayın sərvəti də son zamanlar tez-tez gündəmə gəlib. Dünyaca məşhur “Forbes” iqtisadi jurnalının məlumatına görə, İsak Andiç Ermay 2015-ci ildə 4,8 milyard dollar sərvətə sahib olub.

 

Ailəsi

 

İsak Andiç Ermay Neus Raiq Tarraqo ilə evlənib. Cütlük daha sonra boşanıb və Conatan Andiç, Cudit Andiç və Sarah Andiç adlı üç övladı var. Conatan Andiç “Mango”nun direktorlar şurasının sədr müavini idi.

 

İsak Andiç Ermay niyə vəfat edib?

 

 

İsak Andiç Ermay ailəsi ilə birlikdə Kataloniya bölgəsindəki Monserrat dağlıq ərazisinə səfər edərkən 150 metr yüksəklikdən boşluğa düşüb. Dünya şöhrətli iş adamı yoldan sürüşərək yıxılan zaman onu oğlu və həyat yoldaşı da müşayiət edib. Oğlunun arxasınca gedən iş adamının yıxılmasına oğlu da şahid olub. Səhər saatlarında baş verən faciəvi qəzadan sonra polis saat 15.30 radələrində İsak Andiç Ermayın cansız bədəninə çata bilib. Uğurlu iş adamının meyitinin ekspertiza üçün yarılacağı bildirilib.

 

 

Aysel

Seçilən
33
sfera.az

1Mənbələr