AZ

Rusiyada PARTLAYIŞ: General və köməkçisi öldü

Rusiya paytaxtında partlayış olub.

Bakıvaxtı.az Rusiyanın “Telegram” kanallarına istinadən xəbər verir ki, hadisə Moskvanın Nijni Novqorod rayonunda evlərdən birinin həyətində baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb. Dünyasını dəyişənlərin Rusiya Silahlı Qüvvələrinin general-leytenantı və onun köməkçisi olduğu deyilir.

    Partlayış partlayıcı qurğunun işə salınmasından sonra baş verib. Partlayıcı qurğunun binanın çıxışına qoyulduğu bildirilir.

    Partlayış nəticəsində yaxınlıqdakı mənzillərin şüşələri sınıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları göndərilib.

    Hadisə ilə bağlı hələ ki, rəsmi münasibət bildirilməyib.

    Seçilən
    14
    bakivaxti.az

    1Mənbələr