AZ

Bu əməliyyatlar müştərilərin əleyhinə həll edilmiş mübahisəli hallar üzrə təsnifləşdirilir

“Operatorun xidmət göstərdiyi iştirakçıların emissiya etdiyi ödəniş kartları ilə aparılan əməliyyatlar üzrə mübahisəli hallar haqqında statistik hesabat” formasında (Forma ÖS-ÖSO-5 – Əlavə №32) hesabat dövrü ərzində operatorun xidmət göstərdiyi iştirakçıların emissiya etdiyi ödəniş kartları ilə ölkə daxilində və ölkə xaricində aparılmış əməliyyatlar üzrə mübahisəli halların sayı və həcmi, o cümlədən operatorun xidmət göstərdiyi iştirakçılara məxsus ödəniş xidməti şəbəkəsində aparılan əməliyyatlar üzrə mübahisəli halların sayı və həcmi əks etdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

Operatorun xidmət göstərdiyi iştirakçılar tərəfindən emissiya edilmiş ödəniş kartları ilə aparılan əməliyyatlar mübahisəli halların səbəbi (chargeback), yenidən açılmış mübahisəli halların səbəbi (representment/second presentment), müştərilərin xeyrinə həll edilmiş mübahisəli hallar, müştərilərin əleyhinə həll edilmiş mübahisəli hallar üzrə təsnifləşdirilir.

 

phrase_var_article.chosen
28
heftelik.az

1phrase_var_article.sources