Moskvanın Nijni Novqorod rayonunda evlərdən birinin həyətində partlayış baş verib və nəticədə iki nəfər ölüb.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Telegram” kanalları məlumat yayıb.
İlkin məlumata görə, Ryazanski prospektində baş verən güclü partlayış nəticəsində həlak olanlar Rusiya Silahlı Qüvvələrinin general-leytenantı və onun köməkçisidir.
Binanın çıxışına kustar üsulla hazırlanmış partlayıcı qurğunun qoyulduğu anlaşılıb.