Bakı. Trend:
İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləritədbirlərlə rayon ərazisində yerləşində ticarət mərkəzlərininbirində gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edənŞ.İbrahimov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə bildirilib ki, ondan müxtəlifnöv pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci(İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və yasatılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinəyetirilməsi) maddəsi ilə protokol tərtib edilib.