AZ

Cənubi Koreya prezidentinin idarəsi çağırışı geri qaytardı- ÖZƏL

Olaylar.az xəbər verir ki, Cənubi Koreya Prezidenti Yun Sok Yolun adına göndərilən çağırış məktubunu onun administrasiyası qəbul etməyib və geri qaytarıb. Bu barədə Yonhap agentliyi məlumat yayıb.

Polisin verdiyi məlumata görə, məktub prezidentin rezidensiyasına çatdırıldıqda rəsmi olaraq təhvil verilib sayılır:
"Çağırış ünvana çatıbsa, şəxs onu qəbul etməsə də, məlumatlandırılmış hesab edilir," - deyə birgə istintaq qrupu bildirib. Yun Sok Yol, dövlət çevrilişinə cəhd və səlahiyyətlərini aşmaqda şübhəli bilinir.

14 dekabrda Cənubi Koreya parlamenti prezidentə impiçment elan edib. Bunun səbəbi onun konstitusiyaya zidd olaraq hərbi vəziyyət tətbiq etməsidir. Məsələni Konstitusiya Məhkəməsi həll edəcək. Hazırda Yun Sok Yol vəzifələrindən uzaqlaşdırılıb, onun səlahiyyətlərini baş nazir Han Dok Su yerinə yetirir.

Han Dok Su ABŞ Prezidenti Co Baydenlə danışıqlar zamanı Vaşinqtonla alyansı qoruyacağını vəd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
21
olaylar.az

1Mənbələr