Bakı. Trend:
Moskvada baş verən partlayış nəticəsində Rusiya SilahlıQüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarınınrəisi general-leytenant İqor Kirillov və onun köməkçisi həlakolub.
Trend xəbərverir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsiSvetlana Petrenkonun açıqlamasında bildirilir.
O qeyd edib ki, Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvivə Bioloji Müdafiə Qoşunlarının rəisi və onun köməkçisinin həlakolduğu partlayışa səbəb elektrik skuterində yerləşdirilmişpartlayıcı qurğu olub.
"İstintaqın məlumatına görə, dekabrın 17-si səhər saatlarındaMoskvada, Ryazanski prospektində yaşayış binasının girişininyaxınlığında dayanan skuterdə yerləşdirilmiş partlayıcı qurğu işəsalınıb. Nəticədə Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi vəBioloji Müdafiə Qoşunlarının rəisi İqor Kirillov və onun köməkçisihəlak olub", - deyə o əlavə edib.
Qeyd edək ki, Moskvada Ryazanski prospektində yerləşən yaşayışbinasının birinci mərtəbəsində partlayış baş verib.