AZ

Cənubi Koreya prezidenti qiyamla bağlı ittihamları rədd edib

Cənubi Koreya prezidenti Yun Sok Yol ona qarşı irəli sürülən qiyam ittihamlarını rədd edib.

"Operativ Media" xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Belə ki, Cənubi Koreya prezidenti Yun Sok Yol, parlamentdə impiçment nəticəsində səlahiyyətlərinin dayandırılmasına baxmayaraq, üsyan ittihamlarını rədd edib.

Məlumata görə, Yun Sok Yolun 21 dekabrda prokurorluqda keçiriləcək dindirməyə qatılıb-qatılmayacağı hələlik məlum deyil.

Qeyd edək ki, Cənubi Koreya prezident 15 dekabrda keçirilən dindirməyə getməyib.

Seçilən
11
operativmedia.az

1Mənbələr