AZ

Ukraynalı ulduzda dopinq aşkarlandı - 4 illik cəza gözləyir

Londonun "Çelsi" klubunda çıxış edən ukraynalı yarımmüdafiəçi Mixail Mudrikin dopinq testi müsbət çıxıb. 

Fanat.Az xəbər verir ki, məlumatı "UA-Football" yayıb. 

Mənbənin məlumatına görə, 23 yaşlı ulduz futbolçu 2024-cü ilin oktyabrında götürülən dopinq testinin müsbət çıxması səbəbindən dörd illik diskvalifikasiya riski ilə üzləşib. “A” nümunəsində qadağan olunmuş maddə aşkar edilib. Yaxın vaxtlarda ondan “B” nümunəsi götürüləcək. 

Qeyd edək ki, Mudrik son vaxtlar "Çelsi"nin heyətində yer almır. Ümumilikdə, Mixail Mudrik bu mövsüm "zadəganlar"ın heyətində bütün turnirlərdə 15 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. O, 2023-cü ildən London klubunda çıxış edir. Yarımmüdafiəçi bundan əvvəl Donetsk “Şaxtyor”unda çıxış edib.

Mirağa

Seçilən
5
fanat.az

1Mənbələr