AZ

Şimal böləsində hava NECƏDİR?

İlin son ayının son günləri Şimal bölgəsində yağıntısız keçir. Artıq şaxtalı havanın dərəcəsi enib.

Qubadakı Şimal-Şərq Regional Hidrometeorologiya müəssisəsindən Bizim.Media-ya verilən məlumata görə Qrız kəndində bir neçə gün əvvəl yağan qarın hündürlüyü 9 sm təşkil edir.

Bu kənddə bu səhər -2,8 dərəcə şaxta müşahidə olunub.

Bölgənin dağ kənd avtomobil yollarında gediş-gəliş normaldır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
19
1
bizim.media

2Mənbələr