AZ

Bakıda “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda beynəlxalq konfransı keçirilir

Bakı.Trend:

Bakıda “Hüquq münasibətlərində transmilli aspektlər: müasirçağırışlar və hədəflər” mövzusunda beynəlxalq konfransıkeçirilir.

Trend xəbər verir ki,tədbirdə Azərbaycan Respublikasının Baş Prokurorluğu və ƏdliyyəNazirliyi ilə yanaşı, Özbəkistan, Qazaxıstan və Qırğızıstandövlətlərinin ədliyyə və prokurorluq təlim-tədris mərkəzlərini vəakademiyaları, eləcə də müşahidəçi statusunda Macarıstan və ŞimaliKiprin müvafiq qurumları iştirak edir.

Beynəlxalq konfransda aktivlərin bərpası prosesininsəmərəliyinin artırılması, ekoloji hüquqpozmalara qarşı mübarizə,transmilli hüquqpozmaların qurbanlarının mülki-hüquqi müdafiəsi,türkdilli ölkələrin kommersiya hüququ sahəsində qanunvericilikbazasının inkişafı kimi məsələlər müzakirə edilir.

Xatırladaq ki, konftans Azərbaycan tərəfinin sədrliyiçərçivəsində cari ilin 17–18 dekabr tarixlərində keçiriləcək.

Qeyd edək ki, 2022-ci ildə Türk Ədliyyə Təlim Şəbəkəsi (TƏTŞ)təsis edilib və özündə üzv statusunda Azərbaycan, Türkiyə,Özbəkistan, Qazaxıstan və Qırğızıstan dövlətlərinin ədliyyə vəprokurorluq təlim-tədris mərkəzlərini və akademiyalarını, eləcə dəmüşahidəçi statusunda Macarıstan və Şimali Kiprin müvafiqqurumlarını birləşdirir.

Xəbər yenilənəcək

Məqalədə:
phrase_var_article.chosen
25
az.trend.az

1phrase_var_article.sources