Çinin xarici işlər naziri Vanq Yi 2024-cü ildə beynəlxalq vəziyyət və Çin diplomatiyası mövzusunda keçirilən konfransda deyib ki, Çin Suriyaya öz suverenliyini qorumağa kömək edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
O, Suriyada vəziyyətin qəfil dəyişdiyini, lakin Çinin Suriya xalqına dəstəyini davam etdirmək niyyətində olduğunu vurğulayıb.
Bundan əlavə, Vanq Yi əlavə edib ki, Pekin "dağıdıcılıq etmək fürsətindən istifadə edən, Suriyaya suverenliyini qorumağa və sabitliyi bərpa etməyə kömək edən terrorçu qüvvələrə müqavimət göstərəcək".