AZ

“Elm və texnologiya” təqaüdünə BANM-in 13 tələbəsi layiq görülüb

Birinci ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında 685 baldan yuxarı nəticə göstərən SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 13 tələbəsi Elm və Təhsil Nazirliyinin təsis etdiyi məqsədli “Elm və texnologiya” təqaüdünə layiq görülüb. Ümumilikdə 16 təqaüd yeri ayrılıb və bunlardan 13-nü BANM-in tələbələri əldə edib.

Bu barədə "İki sahil"ə ali məktəbdən məlumat verilib.

Bu məqsədlə Dövlət İmtahan Mərkəzində görüş təşkil olunub. Tədbirdə Mərkəzin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, Mərkəzin İdarə Heyətinin sədr müavini Namiq Babayev iştirak ediblər. Çıxış edənlər tələbələri təqaüd almaları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.

Seçilən
22
4
ikisahil.az

8Mənbələr