AZ

Media savadlılığı - məlumatı tapmaq, qiymətləndirmək və ondan səmərəli istifadə etmək bacarığıdır - İsmət Səttarov

Bakı. Trend:

Hazırki informasiya məkanında, məlumat bolluğu şəraitində doğru,etibarlı, qərəzsiz informasiya əldə etmək üçün media savadlı olmağaxüsusi ehtiyac var.

Trend xəbər verir ki,bubarədə Audiovizual Şuranın sədri İsmət Səttarov “Media Savadlılığı”konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, media savadlılığı - ehtiyac duyulan məlumatıtapmaq, qiymətləndirmək və ondan səmərəli istifadə etməkbacarığıdır.

“İnformasiyanı anlamaq, tənqidi düşünmək, jurnalistikanınprinsiplərini dərk etmək, medianın necə fəaliyyət göstərdiyini başadüşmək, mediada yayılan məlumat və hadisələrin heç də həmişəreallığı əks etdirmədiyini anlamaq media savadlılığının əsasınıtəşkil edir.

Nəzərə alsaq ki, dünya üzrə orta gündəlik sosial mediaistifadəsi 145 dəqiqədir, informasiyadan düzgün istifadə nəinkijurnalistlər üçün eyni zamanda hər kateqoriyadan insan üçün olduqcaböyük əhəmiyyət kəsb edir. Bu kontekstdə media savadlılığının hərbir insanın təhsilində özünə yer alması çox mühümdür.

Media savadlılığının müxtəlif səviyyələrdəki təhsilproqramlarına daxil edilməsi artıq günün zərurətinə çevrildiyinideyə bilərik”,- deyə İ.Səttarov bildirib.

Seçilən
7
16
az.trend.az

10Mənbələr