AZ

Moskvada terror aktı törədildi

Moskvada Ryazanski prospektində terror aktı törədilib. Hadisə nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi İqor Kirillov və onun köməkçisi həlak olub.

Binanın girişində təxminən 200 qram trotil olan partlayıcı qurğu elektrik skuterinə bağlanıb və uzaqdan idarə olunub.

Kirillovun rəhbərliyi altında Ukrayna ərazilərində Amerika bioloji laboratoriyalarının fəaliyyəti və ya Kiyev tərəfindən "çirkli bomba" yaratması haqqında məlumatların toplanması üzərində iş gedirdi. O, bununla bağlı bütün materialları Rusiya Müdafiə Nazirliyinin brifinqlərində təqdim edib. Həmçinin onun rəhbərliyi altında TOS-2, “Tosochka” ağır alov qurğusunun yaradılması və qəbulu davam edirdi.

Qeyd edək ki, partlayışdan bir gün əvvəl Ukrayna Təhlükəsizlik Şurası qəfildən Kirillova qarşı “Ukraynada kimyəvi silahdan istifadə etməkdə” şübhələr irəli sürmüşdü.

Ülviyyə, Hurriyyet.az

Seçilən
17
22
hurriyyet.az

10Mənbələr