AZ

Suriya İsrailə hücumlar üçün tramplin olmayacaq – Əbu Məhəmməd əl-Culani

Suriyada hakimiyyətə gələn müxalifətin lideri, Əbu Məhəmməd əl-Culani kimi tanınan Əhməd əl-Şaraa ölkənin İsrailə hücumlar üçün tramplin olmayacağını bildirib.

O, həmçinin keçmiş prezident Bəşər Əsədin hakimiyyəti dövründə ərəb respublikasına qarşı tətbiq edilən bütün sanksiyaların ləğvinə çağırıb.

Əhməd əl-Şaraa “The Times” qəzetinə müsahibəsində vurğulayıb ki, İsrail Ərəb Respublikasının qərbində bir müddət əvvəl işğal etdiyi əraziləri tərk etməlidir. “Həyat Təhrir əş-Şam” qruplaşmasının lideri qeyd edib ki, İsrailin mövcudluğu Livan “Hizbullah”ı və İran silahlı birləşmələrinə qarşı mübarizənin zəruriliyi ilə izah edilib. Lakin onun sözlərinə görə, yəhudi dövləti üçün bu təhlükə artıq aktual deyil. Bununla bağlı o, Suriyaya hücumları dayandırmağa və İsrail hərbçilərinin əvvəllər işğal olunmuş mövqelərə geri çəkilməsinə çağırıb. Əbu Məhəmməd əl-Culani əlavə edib ki, “Heyət Təhrir əl-Şam” 1974-cü ildə qüvvələr bölgüsü razılaşmasına sadiqdir və BMT müşahidəçilərinin geri qayıtmasına hazırdır. O, İsrail və ya hər hansı digər ölkə ilə münaqişələrdən qaçmaq istəyini vurğulayıb.

//Samir Qurbanov, Editor.az

Seçilən
24
38
editor.az

10Mənbələr