AZ

Mixail Mudrik uzunmüddətli diskvalifikasiya ilə üzləşə bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna millisinin aparıcı futbolçularından hesab olunan Mixail Mudrikin DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasına qarşı oyunları buraxacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi müsbət dopinq testinə görə dördillik diskvalifikasiya ilə üzləşə bilər.
Oyunçunun "A" nümunəsində qadağan olunmuş maddə aşkar edilib. Yaxın günlərdə "B" nümunəsinin açılması gözlənilir.
Qeyd edək ki, Mudrik 2023-cü ildən İngiltərənin "Çelsi" klubunda çıxış edir. Onun London təmsilçisi ilə müqaviləsinin müddəti 2031-ci ilin yayınadək qüvvədədir. Azərbaycan millisi Ukrayna ilə ilk oyununu 2025-ci il sentyabrın 9-da evdə, növbəti qarşılaşmasını isə oktyabrın 13-də səfərdə keçirəcək.
Seçilən
5
50
oxu.az

10Mənbələr