Fernandu Santuş milliyə I Liqadan 1-2 futbolçu cəlb edəcək.
Baş məşqçi bu barədə AFFA mənsublarıyla görüşündə məlumat verib.
Portuqaliyalı mütəxəssis aşağı liqanı diqqət mərkəzində saxladığını, orada forma geyinən bəzi gəncləri gözaltı etdiyini bildirib.
70 yaşlı çalışdırıcı I Liqada istedadlı gənclər gördüyünü, onları ölkənin əsas yığmasında görməyin maraqlı olacağını söyləyib: «Siz onları düşərgəyə çağırsam, təəccüblənməyin».
«Beşiktaş»ın sabiq sükançısı hazırda Bakıdadır, O, ötən həftə «Baku Sportinq» - «Difai» matçını canlı izləmək üçün Buzovnaya yollanıb.
Baş məşqçi «fədailər»in 2:0 hesabıyla qələbə qazandığı oyuna 72 dəqiqə tamaşa edib.
SPORTİNFO.AZ