AZ

Öldürülən generalla bağlı diqqətçəkən detal - Kəşfiyyat açıqladı

Müəmmalı ölümü ilə diqqətləri üzərinə çəkən rus general İqor Kirillovun Ukrayna ordusuna qarşı kimyəvi silahdan istifadə edilməsi barədə göstəriş verən şəxs olduğu iddia olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə "UNIAN" məlumat dərc edib.

Nəşr onun Ukraynanın şərq və cənub cəbhələrində müdafiə qüvvələrinə qarşı qadağan olunmuş kimyəvi silahdan istifadə edilməsinə görə məsuliyyət daşıdığını yazıb.

Təsadüfi deyil ki, Kirillovun ölümündən bir gün əvvəl Ukrayna təhlükəsizlik xidməti onun barəsində kimyəvi və bioloji silahlardan istifadə ilə bağlı ittiham qaldırıb.

Bu ilin oktyabr ayında Böyük Britaniya hökuməti də müharibədə kimyəvi silahların yerləşdirilməsi və istifadəsinə görə generala sanksiya tətbiq edib.

Qadağa onun Britaniyadakı bütün aktivlərinin dondurulmasını və Kirillovun sözügedən ölkəyə gəlməsinin qadağan edilməsini nəzərdə tuturdu.

General, həmçinin Kanada və Yeni Zelandiya hökumətləri tərəfindən də sanksiyalara məruz qalıb.

Qeyd edək ki, Rusiyanın paytaxtı Moskvada Ryazan prospektində baş vermiş partlayışda həlak olan general İqor Kirillov Silahlı Qüvvələrin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi olub.

54 yaşlı general 2017-ci ildən bu vəzifəyə təyin edilmişdi.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
26
22
teleqraf.com

10Mənbələr