AZ

Perrier brendi Fransada təbii mineral su statusunu itirə bilər

İsveçrənin "Nestle" şirkətinə məxsus "Perrier" mineral su brendi təbii mineral su statusunu itirmək təhlükəsi üzündən ləğv olunmaq ərəfəsindədir...

Poliqon xəbər verir ki, bu barədə Fransanın Le Monde qəzeti yazıb. Nəşr Fransanın regional səhiyyə agentliyinin (ARS) məxfi hesabatına istinad edir.

"Vergeze" zavodunun təftişindən sonra avqust ayında tərtib edilmiş hesabatda suyun keyfiyyətinin pisləşdiyini və virusoloji riskləri aşkar edərək "Perrier" istehsalının gələcəyini şübhə altına alıb. ARS tövsiyə edir ki, "Nestle Waters" bu zavodda mineral su istehsalını dayandırmağı nəzərdən keçirsin.

Qəzet qeyd edib ki, bu, 100 ildən çox tanınan brendə ciddi zərbə ola bilər. Materialda deyilir ki, "Perrier" və onun zavodunun perspektivləri səlahiyyətlilərin su mənbəyi üçün lisenziyanı yeniləmək qərarından asılıdır. Prefektura hidrogeoloqlardan əlavə rəylər aldıqdan sonra bu məsələ ilə bağlı 2025-ci ilin birinci yarısında qərar verəcəyini bildirib.

Bu il iki milyon şüşə "Perrier" nəcislə çirklənmə izlərinə görə məhv edilib. Su mənbəyi mart ayında Fransanın cənub-şərqini vuran və güclü yağışa səbəb olan Monika qasırğası zamanı çirklənmişdi.

Poliqon.info

Seçilən
30
poliqon.info

1Mənbələr