Ronaldo Nazario Braziliya Futbol Federasiyasının prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.
Apasport.az xəbər verir ki, Braziliyanın futbol əfsanəsi bu barədə sosial media hesabında paylaşım edib:
“Mən Braziliyanın hər bir küncünə səyahət edəcəm, ehtiyacı olan hər kəsi dinləyəcəm. İdmanın davamlı inkişafı üçün əvvəllər görülməmiş özəl bir investisiya layihəsi təqdim edəcəm".
Qeyd edək ki, 48 yaşlı sabiq futbolçu karyerası boyunca "Barselona", "İnter", "Real", "Milan" kimi klubların formasını geyinib.
Ukrayna millisinin futbolçusunda dopinq aşkarlanıb
Qyökereş ilin futbolçusu seçilib
Neymar ümumi məşqləri bərpa edib
AFFA 2025-ci ildə ölkəmizi təmsil edəcək FIFA referilərinin siyahısını açıqlayıb
Poqba Braziliya klubuna keçməyə razılıq verib