Fransa Prezidenti Emmanuel Makron Fransua Bayrunu ölkənin baş naziri təyin etməyi planlaşdırmırdı, lakin o, bu vəzifəni tutmayacağı təqdirdə dövlət başçısının dəstəkləməsini dayandıracağı ilə hədələyib.
Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri məlumat yayıb.
Onların sözlərinə görə, dekabrın 13-də Makron bu vəzifəyə “başqasını təyin etməyə hazır idi”, lakin Bayruya “yox deyə bilmədi”. "Makron üçün çətin idi, Bayru Parisdə borclu olduğu yeganə şəxsdir" Politico-da qeyd edilir.
Nəşrin fikrincə, Bayrunun təyinatı “Makronun nə qədər zəiflədiyinin başqa bir əlaməti olaraq görülür”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta