AZ

"Makron Bayrunu baş nazir təyin etmək istəmirdi"

Fransa Prezidenti Emmanuel Makron Fransua Bayrunu ölkənin baş naziri təyin etməyi planlaşdırmırdı, lakin o, bu vəzifəni tutmayacağı təqdirdə dövlət başçısının dəstəkləməsini dayandıracağı ilə hədələyib.


Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri məlumat yayıb.

Onların sözlərinə görə, dekabrın 13-də Makron bu vəzifəyə “başqasını təyin etməyə hazır idi”, lakin Bayruya “yox deyə bilmədi”. "Makron üçün çətin idi, Bayru Parisdə borclu olduğu yeganə şəxsdir" Politico-da qeyd edilir.

Nəşrin fikrincə, Bayrunun təyinatı “Makronun nə qədər zəiflədiyinin başqa bir əlaməti olaraq görülür”.

Seçilən
20
manset.az

1Mənbələr