AZ

Rusiya ilə HTŞ arasında gizli danışıqlar: Masada nə var?

Rusiyanın Suriyadan yavaş-yavaş çəkildiyi iddialarına cavab olaraq "The Economist" Moskva ilə HTŞ arasında danışıqların artıq başladığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Suriyanın yeni liderlərinin çətin qərarlar qarşısında qaldığını iddia edən qəzet, Moskvanın Tartus limanına və Hmeymim hava bazasına çıxışı davam etdirməsi müqabilində Suriyaya humanitar dəstək vəd etdiyini yazıb.
Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Aİ Xarici İşlər Nazirləri Toplantısının sonunda mətbuata açıqlama verib. İclasda Suriyadakı hadisələrin müzakirə edildiyini qeyd edən Kallas, Aİ-nin Suriya nümayəndəliyinin Livanın paytaxtı Beyrutdakı yüksək səviyyəli nümayəndə heyətinin Dəməşqdəki yeni rəhbərliklə əlaqə saxladığını bildirib.

Dəməşqdəki heyətin bəzi yüksək səviyyəli görüşlərə qatıldığını bildirən Kallas, “Məqsəd ölkənin yeni rəsmiləri ilə təmasda olmaq və qrupun ölkəni necə idarə etməyi planladığını anlamaq idi. Hər kəsin, ərəb ölkələrinin, qonşu ölkələrin, Türkiyənin, ABŞ-ın və AB-nin razılaşdığı əsas prinsiplər var. “Bunlar ərazi bütövlüyü, suverenlik, hesabatlılıq, o cümlədən, xüsusən də azlıqların və qadınların hüquqlarını nəzərə alan inklüziv hökumət prinsipləridir”-deyə, o bildirib.

Kallas prosesin kənar müdaxilə olmadan həyata keçirilməsi lazım olduğunu vurğulayaraq, bu məsələnin ancaq Suriyaya aid olduğunu da əlavə edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
33
turkustan.az

1Mənbələr