“Azərbaycanın Zəngəzur dəhlizinə nəzarətlə bağlı öz məqsədləri var. Çox güman ki, Zaqafqaziyada yenə də Naxçıvandan Azərbaycana dəhliz almaq, daha sonra isə Bakıya Türkiyə dəhlizi yaratmaq məqsədi ilə hərbi əməliyyatlar davam etdiriləcək. Fikrimcə, belə bir ssenarinin baş vermə ehtimalı kifayət qədər yüksəkdir”. Tribunainfo.az xəbər verir ki, bu iddia ilə Hərbi və Siyasi Jurnalistika Mərkəzinin eksperti Boris Rojin çıxış edib.
O daha sonra deyib ki, qarşıdakı bir-iki il ərzində bu münaqişənin yenidən başlaması üçün bütün ilkin şərtlər var. “İsrailin isə kommersiya marağı və siyasi marağı var. Bundan başqa, bu, İranın Zaqafqaziyadakı mövqelərinə təsir edəcək”.
P.S. Rojin görünür kahindir, ya da Vanqadır. Əvvəla Azərbaycan heç bir ölkə ilə müharibə etmək fikrində deyil. İkincisi, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan Zəngəzura tankla deyil, maşınla, dinc bir şəkildə gələcək. Hər halda bu sözlər Rojin üçün kifayət edir ki, ermənilərdən fərqli olaraq, Azərbaycan sülhpərvərdir və sözünün də üstündə həmişə duru
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta