AZ

Sibel Candan dünyasını dəyişən dostunun ailəsinə 8 milyonluq yardım

Sibel Canın 12 il köməkçisi olmuş Cengizhan Sabuncu bir müddət əvvəl qaraciyər xərçəngindən dünyasını dəyişib. 

News24.az xəbər verir ki, son səfərində Cengizhan Sabuncunu tək qoymayan məşhur müğənni mərhum dostunun ailəsinə 8 milyon TL yardım edib.

Mövzu ilə bağlı açıqlama verən Müge Dağstanlı, "Sibel Can bunun çox danışılmasını istəmir. Cengizhan onun 30 illik dostu olub. Cengizhanın ailəsi Sibel Canla danışaraq bildirib ki, müxtəlif yerlərə ödəniş etmək üçün bizə verdiyiniz puldan bütün ödənişlər edildikdən sonra 8 milyon TL qalıb. Bunu sizə qaytarmaq istərdik. Sibel Can da deyib ki, ailənizdə böyüyən uşaqların təhsili üçün pulunuz olsun“.

Günel Məlikzadə



Seçilən
30
news24.az

1Mənbələr