Suriyanın keçmiş prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsəd İraq torpaqlarında deyil.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə İraqın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin sözçüsü general Miqdad Miri İraq Xəbər Agentliyinə deyib: “Sosial şəbəkələrdə Suriyanın keçmiş prezidenti Bəşər Əsədin qardaşı Mahir Əsədin İraq ərazisində olması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.