10 yaşlı Tripp Phillips müəlliminin verdiyi tapşırıq sayəsində milyonçu olub.

İndex.az xəbər verir ki, 2014-cü ildə Trippin sinif müəllimi tələbələrdən bir şey icad etməyi tapşırdı.

Tripp legolarla oynayarkən ağlına bir fikir gəldi və legoların daim xarab olduğu üçün ona güclü, lakin zərər verməyən yapışdırıcı lazım olduğunu düşündü. Tripp bu fikri atasına danışdı və atası bu ideyanın milyonlarla dollar dəyərində ola biləcəyini dedikdə hərəkətə keçdi.

Tripp 2015-ci ildə “Beynəlxalq Torrance Heritage Creativity Awards” müsabiqəsində iştirak etdi və Lego yapışqan ideyası ilə birinci yeri qazandı. Daha sonra 40 min dollar toplayıb “LeGlue” adlandırdığı yapışdırıcını istehsal etməyə başlayıb. Yapışqanın xüsusiyyəti onun ilıq suda həll olması və Leqoların yenidən asanlıqla ayrılması idi.

“Shark Tank” kimi məşhur sahibkarlıq proqramlarında uğurlarını nümayiş etdirən Tripp, 2017-ci ildə investorların dəstəyi ilə 7 min satış etdi. 2022-ci ilə qədər onun illik qazancı 1 milyon dollara çatdı, 2024-cü ildə isə satışları 2 milyon dolları keçdi.