Dördüncü milli Aşıqlar festivalı bu ilin yanvar ayında Güney Azərbaycandan və İranın digər bölgələrindən olan aşıqların iştirakı ilə keçiriləcək.
Gunaz.tv
"Bu festivalda İranın hər yerindən aşıqların iştirakı ehtimalı nəzərdə tutulur və festival iki hissədən ibarət olacaq. Bu milli bayram Təbrizdən başqa Vərziğan, Əhər, Mərənd, Marağa, Miyanə və Culfa şəhərlərində də səhnələşdiriləcək." - deyə festivalın katibi Məhəmməd İbadi bildirib.
Festivalın Sənət bölməsində yaş tələbi yoxdur və bütün aşıqlar iştirak edə bilər. Ədəbi və rəqabətli olan digər hissədə isə katibliyə göndərilən əsərlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və ən yaxşıları seçiləcək.