Suriyada 13 ildir davam edən vətəndaş müharibəsində Əsədi dəstəkləmək üçün bazalar yaradan Rusiya hərbi texnikalarını geri çəkməyə başlayıb.
Publika.az xəbər verir ki, bununla bağlı “New York Times” video yayımlayıb.
Latakiyada çəkilən kadrlarda rusların S-400-lər də daxil olmaqla bütün ağır silahlarını geri çəkdiyi görülüb.
ABŞ-ın texnologiya şirkəti “Maxar” tərəfindən yayımlanan peyk görüntüləri hərbi texnikanın yük təyyarələrinə yükləndiyini göstərir.