Alman diplomatları çərşənbə axşamı Dəməşqdə Heyət Təhrir Əş-Şam (HTS ) təşkilatının nümayəndələri ilə ilk danışıqlar aparacaqlar.
APA “DW”ya istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Danışıqlarda Suriya üçün keçid prosesi və azlıqların müdafiəsi müzakirə olunacaq.