AZ

"Media savadlılığının artırılması məsələsi bütün dünya üçün çox böyük əhəmiyyət daşıyır"- Lətifə Axarbaş

Image

Azərbaycan ilə Mərakeş arasında inkişaf edən əməkdaşlıq medianın tənzimlənməsinə də müsbət təsir göstərir. Qarşılıqlı faydalı inkişaf bizə fikir mübadiləsi aparmağa imkan yaradır.

Bu sözləri "Media savadlılığı” konfransında çıxışı zamanı Mərakeş Krallığının Audiovizual Kommunikasiyalar üzrə Ali Qurumunun sədri Lətifə Axarbaş deyib.

O, medianın inkişafının və bu sahədə savadlılığın artırılması məsələsinin bütün dünya üçün çox böyük əhəmiyyət daşıdığına diqqət çəkərək bildirib: “Bu, yeni nəslin hüquqları ilə sıx bağlıdır. Müasir dövrdə elektron informasiya cəmiyyətinin sürətlə genişlənməsi və rəqəmsal mühitdə məlumatlara asan çıxışın təmin edilməsi ilə əlaqədar auditoriya xəbərin doğru və etibarlı tərəfini müəyyənləşdirməkdə çətinliklərlə üzləşir. Məhz bu səbəbdən media savadlılığının artırılması olduqca vacibdir”.

ZÜMRÜD





Seçilən
17
1
baki-xeber.com

2Mənbələr