AZ

Emin Ağalarov Özbəkistanda Çarvak su anbarının sahilində “Sea Breeze Uzbekistan” turizm mərkəzi tikməyi planlaşdırır

Daşkənd. Trend:

“Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov vəbir sıra digər iri investisiya şirkətləri Özbəkistanın Bostanlıqrayonunda, Çarvak su anbarının sahilində “Sea Breeze Uzbekistan”beynəlxalq turizm mərkəzinin tikintisinə hazır olduqlarınıbildiriblər.

Trend xəbər verir ki, bubarədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı iləkeçirilən müşavirədə bəlli olub.

Layihə çərçivəsində istirahət zonaları, çimərliklər, idmanobyektləri, hotellər, kotteclər və yaşayış komplekslərini əhatəedən çoxfunksiyalı mərkəzin yaradılması nəzərdə tutulur. Bundanəlavə, beynəlxalq brendləri əhatə edən mağazalar, restoranlar vəxidmət məntəqələrinin açılması planlaşdırılır. Mərkəz festival,konsert və digər mədəni-əyləncə tədbirlərinin keçirilməsi üçünplatformaya çevriləcək.

Ziyarətçilərin rahatlığı üçün körfəzləri birləşdirən körpününinşası planlaşdırılır. Gələcəkdə bu mərkəzin həm istirahət, həm dədaimi yaşayış üçün unikal turizm habına çevriləcəyi gözlənilir.

Özbəkistan prezidenti bu təşəbbüsü dəstəkləyib və layihəninhüquqi bazasının hazırlanması və infrastruktur məsələlərinin həlliüçün baş nazirin rəhbərliyi ilə komissiya yaradılmasınıtapşırıb.

Qeyd edək ki, son beş il ərzində Bostanlıq rayonuna 2 trilyonsumdan (179,1 milyon ABŞ dolları) çox investisiya cəlb edilib, 13min nəfərlik 59 yeni turizm obyektinin istismara verilməsi təminolunub.

Seçilən
15
1
az.trend.az

2Mənbələr