AZ

Mətbuatımızın gerçək TARİXİ SİMASI: Şirməmməd Hüseynov elə bir irs qoyub gedib ki… – FOTO

Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Əməkdar jurnalist, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin (BDU) Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovun bu gün 100 illiyidir.

Medianews.az xəbər verir ki, o, 1924-cü ildə Şəkidə anadan olub, 1940-cı ildə orta məktəbi bitirib. 1941-1943-cü illərdə Şəki Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci dünya müharibəsi dövründə Zaqatala və Şəkidə müəllim işləyib. 1945-1950-ci illərdə BDU-nun Filologiya fakültəsinin jurnalistika şöbəsini bitirib.

Mətbuatımızın gerçək TARİXİ SİMASI: <span style=color:red>Şirməmməd Hüseynov elə bir irs qoyub gedib ki... - FOTO

Ş.Hüseynov 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Jurnalistika fakültəsinin aspiranturasında təhsilini davam etdirib. 1954-cü ildə MDU-nun Jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954-1961-ci illərdə BDU-nun Filologiya fakültəsinin jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb.

Görkəmli alim 1962-1969-cu illərdə Filologiya fakültəsinin dekan müavini, 1961-1971-ci illərdə Jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, 1971-1976-cı illərdə isə Jurnalistika fakültəsinin dekanı vəzifəsində çalışıb. 1971-1988-ci illərdə Mətbuat tarixi kafedrasının dosenti, 1976-1988-ci illərdə Mətbuat tarixi kafedrasının müdiri, 1988-ci ildən isə bu kafedrasının professoru olub. Şirməmməd Hüseynov 24 iyun 2019-cu ildə Bakıda dünyasını dəyişib.

Mətbuatımızın gerçək TARİXİ SİMASI: <span style=color:red>Şirməmməd Hüseynov elə bir irs qoyub gedib ki... - FOTO

Unudulmaz alimin həyat və fəaliyyəti barədə fikirlərini Medianews.az-a bölüşən Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan mətbuat tarixinin tədqiqində, öyrənilməsində Ş.Hüseynovun danılmaz rolu var. Millət vəkilinin sözlərinə görə, müasir dövrün çağırışlarına uyğun tədqiqat Ş.Hüseynovun fəaliyyətinin ana xəttini təşkil edib: “Şirməmməd Hüseynov Azərbaycan mətbuatının tədqiqatçısı və böyük alimdir. O, müasir dövr jurnalistikası ilə yanaşı, cümhuriyyət illərinin mətbuat tarixinin araşdırılmasında böyük fəaliyyəti, əməyi, zəhməti olmuş alimdir. Şirməmməd Hüseynov məktəbinin özü böyük bir jurnalistikadır. O, elm, fundamental sənət, peşə kimi jurnalistikanın çox yüksək dəyərə malik olduğunu, ictimai-siyasi fikrə mühüm təsir göstərdiyini sübut edən tədqiqatçıdır. Bununla bağlı alimin kifayət qədər tədqiqatları var. Jurnalistikanın təkcə cəmiyyət üçün deyil, eyni zamanda tarix, müxtəlif dövrlər üçün mühüm əhəmiyyət kəsb etdiyini Şirməmməd müəlliminin araşdırmalarında, yanaşmalarında aydın şəkildə görmək olar. O, Azərbaycan mətbuat tarixinin mühüm tədqiqatçısı olmaqla yanaşı, jurnalistikanın müasir çağırışlarla formalaşmasında böyük xidməti olmuş alim, tədqiqatçıdır. Mən Şirməmməd müəllimin nitqlərini, jurnalistika ilə bağlı yanğılı çıxışlarını çox gözəl xatırlayıram. Bu gün və zaman keçdikcə Şirməmməd müəllimin adı gələndə jurnalistikanın inkişaf tendensiyası, nədən ibarət olduğu xatırlanacaq. Yalnız ənənəvi medianın deyil, həmçinin müasir yanaşma tərzinin nədən ibarət olduğunu Şirməmməd müəllim araşdırmalarında, tədqiqatlarında görə bilirik. Müasir dövrün çağırışlarına uyğun tədqiqat onun fəaliyyətinin ana xəttini təşkil edib”.

Mətbuatımızın gerçək TARİXİ SİMASI: <span style=color:red>Şirməmməd Hüseynov elə bir irs qoyub gedib ki... - FOTO

Deputat V.Rəhimzadə deyib ki, Ş.Hüseynovun fəaliyyəti bu günün və gələcəyin jurnalistləri üçün böyük məktəbdir: “Gələcək üçün peşəkar jurnalistlərin formalaşmasında Şirməmməd müəllimin həyat və fəaliyyəti, tədqiqatı bir növ mayak rolunu oynayacaq. O, müasir jurnalistikanın mühüm fərdlərindən, ailmlərindən, ziyalılarından, tədqiqatçılarından biri olub. Şirməmməd müəllimin fəaliyyəti media mənsubları üçün hələ uzun illər yol, dəyər olacaq, bütün dövrlərdə öz aktuallığını qoruyub saxlayacaq. Bu baxımdan Şirməmməd müəllimi 100 illik yubileyində hörmətlə anırıq”.

Mətbuatımızın gerçək TARİXİ SİMASI: <span style=color:red>Şirməmməd Hüseynov elə bir irs qoyub gedib ki... - FOTO

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Medianews.az-a açıqlamasında görkəmli alim və yorulmaz mətbuat tədqiqatçısı,  sevimli müəllimi Ş.Hüseynov haqqında keçmiş zamanda danışmağın kədərli olduğunu dilə gətirib. Qeyd edib ki, onun qoyub getdiyi dəyərli mənəvi irs həmişə media mənsublarının yolunu aydınladır: “Yüz ilin ustadının ömrü yalnız yaşadığı dövrə aid deyil, bu ömür həm də gələcək nəsillərin düşüncələrinə çıraq tutan mükəmməl bir yol xəritəsidir. Bu gün 100 illiyini qeyd etdiyimiz, hər zaman yaddaşımızda canlı əfsanə kimi yaşayan professor Şirməmməd Hüseynovun həyat yolu əsl örnəkdir. O, dəyərlərə dəyişməz sadiqliyi, gördüyü işə sonsuz inamı, yorulmazlığı, əzmkarlığı, təmizliyi, saflığı, nikbinliyi, gözütoxluğu, müdrikliyi, ləyaqəti, mülayimliyi və hökmü ilə hamımıza “Belə yaşamaq mümkündür” nümunəsini göstərən əvəzsiz şəxsiyyət, düzlüyü, ədaləti, prinsipiallığı və xarizmasıyla mətbuatımızın gerçək tarixi siması idi. Şirməmməd Hüseynov elə bir irs qoyub gedib ki, bu, hər alimə nəsib olan səadət deyil. Onun ən böyük sərvəti araşdırmaları, tələbələri və yetirmələridir”.

Mətbuatımızın gerçək TARİXİ SİMASI: <span style=color:red>Şirməmməd Hüseynov elə bir irs qoyub gedib ki... - FOTO

Şura sədri vurğulayıb ki, jurnalistlərin əvəzsiz müəllimi Ş.Hüseynov Azərbaycan Xalq Cümhuriyyəti tarixinin ən nüfuzlu tədqiqatçısı olub: “Şirməmməd müəllimsiz həyatımızda dərin bir boşluq yaransa da, ustadımızın nurlu xatirəsi daima bizimlədir. BDU, Mətbuat Şurası və media qurumları ilə birlikdə 100 illiyində onun xatirəsini layiqincə anır, gördüyü misilsiz işləri bir daha yad edirik. Belə böyük şəxsiyyətlərin hüzurunda sayğıyla dayanmaq, əllərindən öpmək ümumən mətbuatımıza, tarixi şəxsiyyətlərimizə, müəllimlərimizə sayğı və hörmətdir. Bir əsri tamamlayan böyük ustadımızın nurlu xatirəsi qarşısında ehtiramın və minnətdarlığın ifadəsi kimi bu gün də sayğı duruşunda baş əyirəm”.

Nailə QASIMOVA

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanıb.

Mətbuatımızın gerçək TARİXİ SİMASI: <span style=color:red>Şirməmməd Hüseynov elə bir irs qoyub gedib ki... - FOTO

Seçilən
25
medianews.az

1Mənbələr