AZ

Müdafiə nazirinin keçmiş müavininin 23 avtomobili müsadirə edilib

Moskvanın Basmannı məhkəməsi korrupsiya cinayətlərində təqsirləndirilən Rusiya Federasiyası müdafiə nazirinin keçmiş müavini Timur İvanovun qayığına, həmçinin İvanova və onun ailə üzvlərinə məxsus 23 avtomobilə həbs qoyub.

Ucnoqta.az xəbər verir ki, bu barədə TASS  iş materiallarına istinadən məlumat yaylb.

“Bu cinayət işi 23 aprel 2024-cü ildə Rusiya Federasiyasının müdafiə nazirinin müavini İvanova və naməlum şəxslərə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayət (rüşvət alma) maddəsi ilə başlanıb. 

Basmannı rayon məhkəməsinin qərarları əsasında istintaq “Aluma Storm” markalı 577-ci kiçik motorlu gəmini müsadirə edib”, – işdəki sənədlərdən birində deyilir.

Açıq məlumatlara görə, belə bir qayığın dəyəri 5 milyon rubldan çoxdur.

İstintaq zamanı 23 avtomobil də müsadirə olunub. Müsadirə edilən avtomobillər arasında Bentley Continental, Cadillac Escalade və Mercedes-Benz G63 AMG var.

Seçilən
21
ucnoqta.az

1Mənbələr