AZ

Apellyasiya Məhkəməsi Fransa vətəndaşını azad etməyib

Dekabrın 16-da Bakı Apellyasiya Məhkəməsində Fransa vətəndaşının şikayətinə baxılıb. Bu ilin martında o, digər iki əcnəbi ilə birlikdə Bakı metropolitenində metro vaqonlarına qraffiti çəkib. Prossə İbrahim İbrahimli sədrlik edib.

Bu cinayət işi üzrə  Fransa vətəndaşı Klerk Teo Hüqo, Yeni Zelandiya vətəndaşı De- Sentu Kventin İsmael  və Avstraliya vətəndaşı Han Pol keçirlər.

Hadisədən sonra hər üçü inzibati qaydada həbs edilib, lakin sonradan prokuror bu qərara etiraz edib və onlar cinayət işi üzrə cəlb ediliblər. Eyni zamanda,  istintaq müddətində fransız həbsdə qalıb, digər iki nəfər azadlıqda olub.

Sentyabrın 19-da məhkəmə Fransa vətəndaşını 3 il müddətinə azadlıqdan məhrum edib, İsmael və Pol isə 6800 manat (3500 avroya yaxın) cərimələnib. Sonradan ikisi apellyasiya şikayətlərini geri götürüb.

Əməlindən peşman olduğunu bildirən Hüqo cəzasının digər müttəhimlərdə olduğu kimi cərimə ilə əvəzlənməsini istəyib. Lakin dövlət ittihamçısı buna qarşı çıxıb və məhkəmə fransızın barəsində hökmü qüvvədə saxlayıb. Qeyd edək ki, bundan əvvəl o, prezidentə əfv ərizəsi yazıb.

Bu gün Apellyasiya Məhkəməsi də fransızın barəsində  hökmü qüvvədə saxlayıb.

Seçilən
20
turan.az

1Mənbələr