AZ

Türkiyə Suriyada genişmiqyaslı əməliyyata başlayır

Türkiyə və onun dəstəklədiyi Azad Suriya Ordusu (ASO) Ayn əl-Ərəbdə (Kobani) böyük əməliyyat keçirməsi an məsələsidir.

Ölkə.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal”ı yazır.

WSJ ABŞ rəsmilərinə istinadən xəbər verir ki, Türkiyə və onun dəstəklədiyi ASO Suriya sərhədi boyunca cəmləşib və Ankara Amerikanın dəstəklədiyi PKK/PYD-nin əlində olan torpaqlara genişmiqyaslı hücum hazırlayır. "Artıq qüvvələr Suriyanın şimal sərhədində, PKK/PYD-nin çoxluq təşkil etdiyi Ayn əl-Ərəb (Kobani) yaxınlığında cəmləşib. ABŞ rəsmilərindən biri Türkiyənin sərhədyanı əməliyyatının qaçılmaz ola biləcəyini deyib".

Nəşr onu da yazıb ki, Türkiyənin dəstəklədiyi ASO-nun başlatdığı “Azadlıq Şəfəqi” əməliyyatı çərçivəsində terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Tel-Rifat, daha sonra Münbiç və nəhayət, Tişrin bəndi azad edilib. Ən çox su və elektrik enerjisi şərq hissəsindəki əyalətlərə verilir.

Mürtəza
Ölkə.Az

phrase_var_article.chosen
29
1
olke.az

6phrase_var_article.sources