AZ

Xankəndi və Xocalıda yeni uşaq bağçaları fəaliyyətə başlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xankəndi şəhər 1 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib.
Oxu.Az xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qarabağ Regional Təhsil İdarəsinin rəhbərliyi bağçada yaradılmış şəraitlə tanış olublar.
Bildirilib ki, 34 ildən sonra fəaliyyəti bərpa edilən uşaq bağçası 80 yerlikdir. Burada 4 yataq otağı, 4 yemək və oyun otağı, 5 mətbəx, bir tibbi otaq, 4 inzibati otaq, bir anbar, bir iclas zalı, bir musiqi otağı və 7 sanitar qovşaq mövcuddur.
Bağça 4 qrupdan ibarətdir. Bir yaşdan 3 yaşadək kiçik qrup, 3 yaşdan 4 yaşadək orta qrup, 4 yaşdan 5 yaşadək böyük qrup və 3 yaşdan 6 yaşadək böyük qarışıq qrup var .
Kiçik qrup üzrə 10 uşaq, orta qrup üzrə 12, böyük qrup üzrə 16, böyük qarışıq qrup üzrə 5 uşaq olmaqla, 43 uşaq hazırda bağçada təlim-tərbiyə alır. Burada 15 nəfər işlə təmin olunub.
Xocalı şəhərində isə 32 ildən sonra ilk körpələr evi-uşaq bağçasının açılışı olub.
Açılış mərasimində rəsmi qonaqlarla yanaşı valideynlər və bağça kollektivi də iştirak edib.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli yeni fəaliyyətə başlayan uşaq bağçasının kollektivinə uğurlar arzulayaraq, dövlətin təhsilə olan diqqət və qayğısından bəhs edib.
İşğaldan azad olunmuş torpaqlarımızda yenidən yaradılan təhsil müəssisələrinin infrastrukturunun əsaslı şəkildə müasirləşdirilməsindən, yeni istifadəyə verilən bağçalarda uşaqlara yaradılan şəraitdən danışıb.
Qeyd edək ki, bağça 40 uşaq yerlikdir və 2 qrupdan ibarətdir. 24 uşağın təlim-tərbiyəsi ilə 14 işçi məşğul olur. Müasirliyi ilə seçilən bu uşaq bağçasında 2 yataq otağı, 2 yemək və oyun otağı, 2 mətbəx, 2 inzibati otaq, bir anbar, bir tibb otağı və 2 sanitar qovşaq mövcuddur.
Seçilən
13
39
oxu.az

10Mənbələr