AZ

Colani adını da dəyişdirdi: Mənə daha terrorçu deməyin!

Suriyada prezident Bəşər Əsədi devirən müxalif Heyət Təhrir əl-Şam (HTŞ) qruplaşmasının lideri Əbu Məhəmməd əl-Colani ABŞ mətbuatına danışıb.

O, “The Times” qəzetinə deyib ki, İsrail hava hücumlarını dayandırmalı və ölkədən geri çəkilməlidir.

Sherg.az xəbər verir ki, Suriyanın yeni lideri ölkəsinin İsrailə və ya hər hansı digər dövlətə qarşı hücumlar üçün raket meydançası kimi istifadə edilməsinə icazə verməyəcəyini bildirib.

Colani həmçinin Qərbi Əsəd rejimi dövründə Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etməyə çağırıb.

İndi doğulduğu adı Əhməd əl-Şaradan istifadə etməyə üstünlük verən Colani İsrailə xəbərdarlıq edib ki, Suriyadakı hava hücumlarını dayandırsın və Bəşər Əsəd qaçdıqdan sonra ələ keçirdiyi ərazilərdən geri çəkilsin.

HTŞ lideri deyib: “İsrailin bəraəti Hizbullah və İran silahlılarının mövcudluğu idi, lakin indi bu bəraət ortadan qalxıb”.

“Biz 1974-cü il razılaşmasına sadiqik və BMT-ni (müşahidəçiləri) geri göndərməyə hazırıq. Biz nə İsraillə, nə də başqası ilə münaqişə istəmirik” deyən Golani, “Suriyanın hücumlar üçün start meydançası kimi istifadəsinə icazə verməyəcəyik. Suriya xalqının fasiləyə ehtiyacı var, hücumlar dayandırılmalı və İsrail əvvəlki mövqelərinə geri çəkilməlidir” - deyə Colani bildirib.

Suriyada Əl-Qaidədən ayrılan Heyət Təhrir əl-Şam (HTS) qruplaşması ABŞ, Böyük Britaniya və digər ölkələr tərəfindən terror qruplaşması elan edilib.

Colaninin başına ABŞ 10 milyon dollar mükafat qoyub.

Colani şəxsi təsvirinə əhəmiyyət vermədiyini, lakin terror etiketinin Əsəd rejimi üçün daha uyğun olan “siyasi təsvir” olduğunu bildirib:

"Biz hərbi fəaliyyətlə məşğul olmuşuq" deyir Golani. Artıq ölkələr bu tərifi ləğv etməlidirlər. Suriya geostrateji baxımdan çox önəmlidir. Onlar qamçı və qurban üzərində bütün məhdudiyyətləri aradan qaldırmalıdırlar, qamçı artıq yoxdur. Bu məsələ danışıqlara açıq deyil".
Seçilən
26
sherg.az

1Mənbələr