?TikTok? sosial şəbəkəsinin sahibi olan ?ByteDance? şirkətinin baş direktoru Şou Tzı Çu dünən, dekabrın 16-da ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla Mar-a-Laqo iqamətgahında görüşüb.
?ByteDance? rəhbəri seçkidə qalib gəldikdən dərhal sonra cənab Trampla görüşməyə cəhd edib. O, prezident Co Baydenin ABŞ-də ?TikTok?u qadağan edən sərəncamını ləğv etməyə inandırmağa ümid edir.
Sosial şəbəkənin sahibi olan Çin şirkəti ?ByteDance? 2025-ci il yanvarın 19-dək biznesini amerikalı investorlara satmasa, ölkədə bloklanacaq.
Bu gün, dekabrın 17-də şirkət yeni prezidentin onu ləğv edəcəyinə ümid edərək, ABŞ Ali Məhkəməsinə qanunun qüvvəsini dayandırmaq üçün vəsatət qaldırıb. Donald Tramp yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq.
Donald Trampın özü ilk prezidentlik dövründə ABŞ-də ?TikTok?u bloklamağa çalışsa da, daha sonra onun əmri məhkəmə tərəfindən bloklanıb.